×
A
A
A
Sazlamalar

Vyetnamda Formula 1 yürüşləri keçiriləcəkmi?

Bakı, 10 aprel, AZƏRTAC

Formula 1 rəhbərliyi Vyetnamda mərhələnin təşkil olunması fikrindən daşınmayıb. 2020-ci ilin aprelinə nəzərdə tutulan Qran-Pri hələ də keçirilməyib.
AZƏRTAC xəbər verir ki, Hanoydakı yarışəhər trasındakı Qran-Pri təşkilatçılarının planlarına əvvəlcə koronavirus mane oldu. 2020-ci ilin sonunda isə Hanoyun sabiq meri, layihəyə rəhbərlik edən Nquyen Dak Çunq korrupsiyada və xidməti vəzifəsindən sui-istifadədə ittiham edilərək həbs olundu. Nəticədə elə görünürdü ki, Vyetnam Qran-Prisi təqvimdə heç vaxt yer almayacaq.
Martın sonunda Formula 1 rəhbərliyi Hanoyda olub və orada yeni yerli hakimiyyət orqanları ilə müqavilənin 2024-cü ildən yenilənməsi barədə danışıqlar aparıb. Yürüş elə üç il bundan əvvəl planlaşdırıldığı yerdə - Namtılyem rayonundakı trasın qismən küçələri boyunca və stasionar hissəsində keçiriləcək.

İdman 2023-04-10 17:11:00