×
A
A
A
Sazlamalar

İtalyan jurnalist: Komanda Bakıda Leklerə sürətli maşın versə, o, yürüşün qalibi olacaq

Bakı, 10 aprel, AZƏRTAC

İtalyan jurnalist Roberto Çinçerro Formula 1 Avstraliya Qran-Prisində uğursuzluqdan sonra Şarl Lekleri dəstəkləyib və hər şeydən əvvəl, “Ferrari” maşınının sürət göstəricisinə baxmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Melburnda ötən il keçirilən yürüşün qalibi təsnifatda yeddinci olub, startdan sonra isə cəmi üç döngədən keçərək trasdan çıxıb. Mərhələdən sonra həm pilot, həm də xalsız qalan “Ferrari” komandası medianın tənqidinə məruz qalıb.
Jurnalist Çinçerro özünün tvit yayımında deyib: “Heç bir pilot yürüşdə uğursuzluqdan sığortalanmayıb. Bütün hallarda problem Leklerdə yox, “Ferrari”dədir. Komanda Bakıdakı növbəti mərhələdə ona sürətli maşın versə, o, poulu qazana və yürüşdə qalib gələ bilər.
Buna görə Şarla toxunmayın! Onu yalnız avtomobil idmanından başı çıxmayan insanlar tənqid edə bilərlər. Nəhayət, uik-endin komanda və pilot üçün yekunlarını ayırın. Mövsüm başa çatdıqdan sonra fikir söyləmək mümkün olacaq”

 

 

İdman 2023-04-10 16:41:00