“Azərtütün” şimal-qərb rayonlarında 656,5 hektar sahədə tütün əkəcək
Zaqatala, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 656,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Təsərrüfatlarda artıq tütün əkininə start verilib. Bölgə üzrə ilk olaraq Balakən rayonunda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Balakənli fermerlər mövsümün ilk günlərində 10 hektaradək sahəyə tütün şitilləri köçürüblər və bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətin aqrar şöbəsinin müdiri Hüsamettin Koçhan məlumat verib.
Şöbə müdiri bildirib ki, cəmiyyət tərəfindən tütün əkini mövsümünə ciddi hazırlıq işləri görülüb. Tütün istehsalı ilə əlaqədar bölgə rayonlarında 74 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 592,5 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə şirkətin özünə məxsus 64 hektar sahədə də tütün əkilməsi nəzərdə tutulur.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb