×
A
A
A
Sazlamalar

“Aztelekom” vətəndaşlara xəbərdarlıq edib

Bakı, 8 aprel, AZƏRTAC
“Aztelekom” MMC vətəndaşlara xəbərdarlıq edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “Aztelekom” tərəfindən həyata keçirilən yeni telefon və internet çəkilişi üçün ödənişlər yalnız qoşulma şərtlərinə uyğun və rəsmi hesablar üzərindən icra olunur. Ona görə də, ev, mənzil, mağaza və qeyri-yaşayış sahələrinə yeni telefon və internet çəkilişi üçün tələb olunan qeyri-qanuni ödənişlər etmək lazım deyil.
Bu cür hallar baş verərsə, “170 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq vacibdir.

İKT 2023-04-08 12:31:00