×
A
A
A
Sazlamalar

Balakəndə indiyədək 2099 hektar sahədə yazlıq bitkilər əkilib

Balakən, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 2099 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 552 hektar sahədə kartof, 884 hektarda tərəvəz, 158 hektarda dən üçün qarğıdalı, 3 hektarda lobya əkib, 502 hektar sahəyə çoxillik yonca səpiblər. Yazlıq bitkilərin əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 337 hektar artıb.
Tezliklə təsərrüfatlarda istixana şəraitində yetişdirilən tütün şitillərinin sahələrə köçürülməsinə də başlanılacaq.
Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 11 min 816 hektar sahədə yazlıq bitkilər əkiblər. Yazlıq əkinlərin 7 min 667 hektarını dən üçün qarğıdalı sahələri təşkil edib.

 

Kənd təsərrüfatı 2023-04-08 12:20:00