“Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) AZƏRTAC-a bildirilib ki, vebinarda Türkiyənin Çankaya Universitetinin dosenti Gülsu Ulukavak Harputlugil tərəfindən dayanıqlı şəhərlərin tətbiqində iqlim məsələləri, binaların isidilməsində günəş
enerjisindən istifadə, enerji səmərəliliyi, karbon qazı emissiyalarının azaldılması tədbirləri və digər məsələlərlə bağlı məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında baş tutan vebinarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Vebinarda AREA, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları iştirak ediblər.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir