Yuki Sunoda: Bakı mərhələsində düz yolda daha sürətli olmalıyıq
Bakı, 7 aprel, AZƏRTAC
Formula 1 çempionatının “Alpha Tauri” komandasının pilotu Yuki Sunoda etiraf edib ki, yürüşdə düz yollar onun komandasının əsas zəif yeridir.
AZƏRTAC xəbər verir ki, “Autosport” nəşri Yuki Sunodanın bu sözlərini sitat gətirir: “Sprint tam ağlasığmaz olacaq. Eyni zamanda, Avstraliya mərhələsində maşınımda ön müqavimət çox böyük, düz yolda sürət isə sadəcə həddən artıq idi. Beləliklə, Bakıda düz yollarda ən sürətli olmaqdan ötrü biz ən azından bolidi qanadsız idarə etməliyik.
Mən Avstraliyada beşinci ola bilərdim. İnsidentlər mənim arxamda baş verirdi, çünki mən startı əla keçirdim, birinci döngədə haradasa altı pilotu geridə qoydum. Beləliklə mən qəzasız beşinci və altıncı ola bilərdim. Mənim kefim bir az pozuldu. Lakin onuncu yer də əla nəticədir. Mən əvvəlcə gözləmirdim ki, finişdə xal qazana bilərəm”.
Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir