×
A
A
A
Sazlamalar

Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər

Quba, 7 aprel, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə Özbəkistanın “Uz Nuts” Qərzəkli Meyvə Bitkiləri İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini İlyos Haydarov arasındakı görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
İnstitutun direktoru İlham Qaraqurbanlı özbəkistanlı mütəxəssisə Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, innovativ üsulla fındıq bağlarının salınması və institutun fındıqçılıq sahəsində gördüyü işlər barədə məlumat verib.
İlyos Haydarov isə Özbəkistanda fındıqçılıq sahəsindəki çatışmazlıqlardan danışaraq, bu sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün təkliflərini səsləndirib.
Görüşdən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasının ərazisində yeni superintensiv texnologiya əsasında salınan fındıq bağına baxış keçirilib.

Kənd təsərrüfatı 2023-04-07 10:37:00