“Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü məsuliyyətə cəlb edilib
Bakı, 6 aprel, AZƏRTAC
Bakının Səbail rayonu ərazisində “Toyota Prius” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbail Rayon DYP Şöbəsinin əməkdaşları ərazidə təhlükəli manevrlər edən iki taksi avtomobilini müəyyən edərək onları saxlayıblar.
“Toyota Prius” markalı, 99-PB-280 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Hacıyev, 77-CY-310 dövlət nömrə nişanlı avtomobili idarə edən Ramin İsrayılov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO