Baş Prokurorluq: Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Bakı, 6 aprel, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı Ağsu, Samux rayonlarının və Bakı şəhərinin Səbail rayonunun, həmçinin Sumqayıt şəhərinin ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.3-cü və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanıb. Cinayət işləri istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO