Bu il Azərbaycana 70 minə yaxın smartfon idxal olunub
Bakı, 6 aprel, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycana 17 milyon 48,9 min dollar dəyərində 69 min 362 ədəd smartfon idxal edilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal olunan smartfonların 66 faizi Çindən idxal olunub. Belə ki, cari ilin yanvar ayında Çindən Azərbaycana 11 milyon 57 min dollar dəyərində 45 min 743 ədəd smartfon gətirilib.
Qeyd edək ki, Azərbaycana gətirilən smartfonların 15,5 faizi (10 min 760 ədədi) Hindistandan, 18,5 faizi (12 min 858 ədədi) isə Vyetnamdan idxal edilib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb