×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka 17 halda yanğına çıxış əməliyyatları həyata keçirilib

Bakı, 6 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı iki nəfər xilas edilib. Həmçinin bir nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq təhvil verilib.

 

Hadisə 2023-04-06 12:55:00