Xətai rayonunda soyğunçuluq hadisəsi törədilib
Bakı, 6 aprel, AZƏRTAC
Xətai rayonunda soyğunçuluq hadisəsi törədən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 31-də Bakı şəhər sakini Ş.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ümin Poladov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO