×
A
A
A
Sazlamalar

Abşeron rayonunda oğurluq hadisəsi

Bakı, 6 aprel, AZƏRTAC

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində evlərin birindən 2000 manat məbləğində pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini Nəsir Nəsirli Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Hadisə 2023-04-06 11:19:00