×
A
A
A
Sazlamalar

Nərimanov rayonu ərazisində sexdə yanğın baş verib

Bak, 4 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.

Hadisə 2023-04-04 19:21:00