×
A
A
A
Sazlamalar

BNA-da “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə görüş olub

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin (BNA) sayca 6-cı “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib. Könüllülərimiz proqram çərçivəsində mərkəzi aparatda təcrübə keçəcək, müxtəlif təlim, təqdimat və səfərlər vasitəsilə öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda, seçilən könüllülər ilə müqavilələr imzalanıb.
BNA-dan AZƏRTAC-a bildirilib ki, “Nəqliyyat Könüllüləri” proqramının məqsədi, Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaq, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması və sosialyönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır.

 

Nəqliyyat 2023-04-04 11:31:00