×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 948,3 hektar sahədə yazlıq bitkilər əkilib

Qax, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 948,3 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 265,3 hektar sahədə kartof, 126,5 hektarda tərəvəz, 68,5 hektarda vələmir, 23,5 hektarda lobya, 30 hektarda dən üçün qarğıdalı, 25,5 hektarda bostan bitkiləri əkib, 409 hektar sahəyə çoxillik yonca səpiblər. Yazlıq bitkilərin əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 hektar artıb.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilən tütün şitillərinin aprelin 15-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı 2023-04-03 17:35:06