×
A
A
A
Sazlamalar

İzmirdə 31 Mart soyqırımının qurbanları yad edilib

Bakı, 3 aprel, AZƏRTAC

Türkiyənin İzmir şəhərindəki Bornova Bələdiyyəsinin Atatürk Kültür Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzv-təşkilatı olan İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının və Türkiyədəki 2023-cü il fevralın 6-da təbii fəlakət nəticəsində həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna, TADEF sədrinin müavini Pərviz Məmmədzadə dünya ictimaiyyətini 105 il öncə erməni və bolşevik silahlı dəstələrinin on minlərlə dinc azərbaycanlıya qarşı törətdikləri soyqırımına siyasi və hüquqi qiymət verməyə çağırıblar.
Sonra Roza İbadova-Kocamazın moderatorluğu ilə aparılan paneldə çıxış edən Dr. Səlçuk Türkyılmaz, Qulam Hüseyn Məmmədov və jurnalist-araşdırmaçı Nigar Abdullazadə-Ögeday 31 Mart soyqırımı ilə bağlı tarixi gerçəkliklərdən danışıblar.

31 mart 2023-04-03 13:27:00