×
A
A
A
Sazlamalar

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Bakı, 2 aprel, AZƏRTAC

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan N.İsmayılov rayon polis idarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2003-cü il təvəllüdlü qızı Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmaması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşən şəxsin Əfsanənin boyu 160 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qaradır.
Əfsanə İsmayılova barəsində məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050 257-55-55, 012 590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Hadisə 2023-04-02 14:45:00