×
A
A
A
Sazlamalar

Qatarların “Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəli dəyişdirilib

Bakı, 2 aprel, AZƏRTAC

"Bakı Metropoliteni" QSC iş günlərində qatarların “Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəlinə dəyişikliklər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin yaydığı məlumatda bildirilir.
Şənbə və bazar günlərinin cədvəlləri indiyə qədər olduğu kimi saxlanılıb.
Yenilənmiş cədvəllər Bakı Metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib.
Dəyişikliklər aprelin 3-dən qüvvəyə minəcək.

Nəqliyyat 2023-04-02 12:20:00