Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Bakı, 2 aprel, AZƏRTAC
Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, 49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Seçkiləri 207 beynəlxalq, 847 bolqar müşahidəçi izləyir.
Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə biləcək.
Seçkidə təxminən 6 milyon 700 min insanın iştirakı gözlənilir.
Xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi fəaliyyət göstərir.
Kiyevə müharibə dövründə ən kütləvi dron hücumu olub, ölən və xəsarət alanlar var
Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər