Kubada avtobusunun qəzaya uğraması nəticəsində 5 rusiyalı turist xəsarət alıb
Bakı, 2 aprel, AZƏRTAC
Kubanın mərkəzində Trinidad şəhəri yaxınlığında turistləri daşıyan avtobusunun qəzaya uğraması nəticəsində Rusiyadan olan azı 5 turist müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Rusiyanın bu ölkəsindəki baş konsulunun sözlərinə görə, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
"Bizim və fransalı turistlərin olduğu avtobus Trinidaddan Varadero istiqamətinə gedərkən qəzaya uğrayıb və maşın aşıb. Nəticədə beş rusiyalı turist müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan ikisinin əməliyyata ehtiyacı var”,- deyə konsul bildirib.
Onun sözlərinə görə, bütün zərərçəkənlərə Trinidadda dərhal ilkin tibbi yardım göstərilib, Rusiya Federasiyasının iki vətəndaşı əməliyyatlar üçün xəstəxanaya aparılıb.
Rəsmi rəqəmlərə görə, Kubada hər gün orta hesabla 30 qəza baş verir. Çox vaxt qəzalar sürücünün diqqətsizliyi, sürət həddinin aşması, yol şəraitinin pis olması, eləcə də ölkənin avtomobil parkının ciddi şəkildə köhnəlməsi ilə bağlıdır. Kuba yollarındakı avtomobillərin çoxunun istismar müddəti 50-dən çoxdur. Yol hərəkəti iştirakçılarının nizam-intizamının qeyri-kafi səviyyədə olması da qəzaların səviyyəsinə ciddi təsir göstərir.
Kiyevə müharibə dövründə ən kütləvi dron hücumu olub, ölən və xəsarət alanlar var
Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər