Aprelin 1-də Azərbaycanda COVID-19 əleyhinə 440 doza vaksin vurulub
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 440 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 374, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 35, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 955 min 140, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 407 min 109, ikinci mərhələ üzrə 4 milyon 880 min 45, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 34, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 952-dir.
İyunun 10-da Azərbaycanda COVID-19 əleyhinə 58 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 doza vaksin vurulub
İyunun 9-da Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
Uşaqların nitqində gecikmə varsa, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır