Aprelin 1-də Azərbaycanda COVID-19 infeksiyasına 75 yoluxma faktı qeydə alınıb
Bakı, 1 aprel, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 172 nəfər müalicə olunaraq sağalıb, 10 min 184 nəfər vəfat edib. Aktiv xəstə sayı 443 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1155, bu günə qədər isə ümumilikdə 7 milyon 559 min 748 test icra olunub.
İyunun 10-da Azərbaycanda COVID-19 əleyhinə 58 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 doza vaksin vurulub
İyunun 9-da Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
Uşaqların nitqində gecikmə varsa, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır