İranda 5 bal gücündə zəlzələ baş verib
Bakı, 1 aprel, AZƏRTAC
İranın cənubundakı Hörmüzqan əyalətinin Parsiyan şəhərində 5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Hörmüzqan əyalətinin Parsiyan şəhərində olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 19.27-də qeydə alınıb.
Fars körfəzindəki Kiş adasını, eləcə də Parsiyanı silkələyən zəlzələ 11 kilometr dərinlikdə baş verib.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Hörmüzqan Valiliyinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə bildirib ki, zəlzələ bölgəsində indiyədək heç bir dağıntı qeydə alınmayıb.
Kanada 2026-cı ilə qədər Ukrayna ordusuna təlim keçəcək
Gürcüstan hökuməti un idxalına rüsum tətbiq edib
Çexiyaya gələn qeyri-leqal miqrantların sayı kəskin artıb
Trüdo Rusiyanın müsadirə olunan “An-124” təyyarəsinin Ukraynaya təhvil veriləcəyini açıqlayıb
NATO Baş katibinin müavini: Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus yoxdur