×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Bakı, 1 aprel, AZƏRTAC

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılıb. Salyan rayonu ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Qurban Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Hadisə 2023-04-01 16:56:00