×
A
A
A
Sazlamalar

CNN: Tramp aprelin 4-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq

Bakı, 1 aprel, AZƏRTAC

ABŞ-ın keçmiş prezidenti Donald Tramp maliyyə fırıldaqları iddiaları ilə bağlı aprelin 4-də Nyu-York məhkəməsinə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü CNN məlumat yayıb.
Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin yanvarında “Wall Street Journal” qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.

Dünya 2023-04-01 05:03:00