ABŞ: Avropada nüvə silahlarının yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmur
Bakı, 1 aprel, AZƏRTAC
NATO-nun “birgə nüvə missiyaları” çərçivəsində ABŞ-ın nüvə silahlarının Avropada yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulması demək deyil.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışı zamanı deyib.
“Birləşmiş Ştatlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmayıb və pozmayacaq, biz onun bütün müddəalarına, o cümlədən altıncı maddəyə (nüvə silahı yarışının dayandırılması – red) tam əməl edirik”, - o deyib.
Robert Vud bildirib ki, ABŞ-ın müqaviləni pozduğuna dair hər hansı fikir açıq-aşkar yalandır.
Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib
Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb
Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Türkiyə bu ilin ilk dörd ayında 11 milyondan çox turist qəbul edib