BMT baş katibinin müavini: Bütün ölkələr nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməlidir
Bakı, 1 aprel, AZƏRTAC
Bütün ölkələr, istisnasız olaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməlidirlər.
AZƏRTAC xəbər ver ki, bunu cümə günü BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu bildirib.
O, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib: “Bütün dövlətlər eskalasiyaya, səhvə və ya səhv hesablamalara səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməlidirlər. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulan bütün ölkələr, nüvə gücləri, eləcə də qeyri-nüvə dövlətləri müqavilə üzrə öhdəliklərə ciddi şəkildə əməl etməlidirlər”.
Nakamitsu əlavə edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bütün müddəalarına riayət etmək, beynəlxalq sülhün və sabitliyin qorunmasında əsas elementdir.
Almaniya Kansleri Berlində Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə birgə görüşəcək
Ukrayna ordu üçün 125 mindən çox dron alıb
Honkonq bu il Rusiyadan qızıl idxalını 10 dəfə artırıb
Türkiyənin təhlükəsizlik qüvvələri sentyabrda 58 terrorçunu zərərsizləşdirib
Kreml Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirib