Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb
Bakı, 1 aprel, AZƏRTAC
Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 21 nəfər ölüb. 31 nəfər xəsarət alıb, azı 72 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi xilasedicilərə istinadla məlumat yayıb.
Daha əvvəl 17 nəfərin öldüyü bildirilirdi.
Martın 27-nə keçən gecə baş verən torpaq sürüşməsi nəticəsində yaşayış binaları uçub. Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub.
Kiyevə müharibə dövründə ən kütləvi dron hücumu olub, ölən və xəsarət alanlar var
Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər