Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Bakı, 1 aprel, AZƏRTAC
Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.
Xatırladaq ki, rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası da eyni səbəbdən Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv etmişdi.
“İnter” Çempionlar Liqasının final oyununa ciddi itkilərlə çıxacaq
Paralimpiyaçılarımız IBSA Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
Azərbaycan boksçuları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər
Dünya qadın seriyasının Şuşa mərhələsinin təqvimi müəyyənləşib