×
A
A
A
Sazlamalar

İstirahət günlərində milli parklarda hava şəraiti necə olacaq?

Bakı, 1 aprel, AZƏRTAC

İstirahət günlərində, yəni aprelin 1-2-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Samur–Yalama Milli Parkında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Aprelin 2-də axşam yağıntı tədricən kəsiləcək, əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, arabir 15-20 metrədək güclənəcək. Gecə 0-3°, gündüz 4-8° isti təşkil edəcək.
Altıağac Milli Parkında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Aprelin 2-də axşam yağıntı tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, arabir 15-20 metrədək güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında havanın arabir yağıntılı olacağı gözlənilir. Aprelin 2-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Gecə 3-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qızılağac Milli Parkında havanın arabir yağıntılı olacaq, sulu qar yağacaq. Aprelin 2-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə, arabir 15 metr/saniyə təşkil edəcək. Gecə 3-6°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Aprelin 2-də səhər yağıntı tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, 5-10 metr/saniyə, arabir 15-18 metr/saniyə təşkil edəcək. Gecə 0-3° şaxta, gündüz 4-8° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın arabir yağıntılı olacağı gözlənilir. Aprelin 1-də axşam yağıntı tədricən kəsiləcək, aprelin 2-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, saniyədə 5-10 metr olacaq, arabir 15-18 metr təşkil edəcək. Gecə 3-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Aprelin 2-də səhər yağıntı tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr, arabir 15 metr təşkil edəcək. Gecə 0-3° şaxta, gündüz 7-12° isti olacaq.

Ekologiya 2023-04-01 01:13:00