Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb
Bakı, 1 aprel, AZƏRTAC
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yeganə qolu da 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
“Real Madrid” klubu Cud Bellinqemi heyətinə qatıb
Azərbaycanlı məşqçi Macarıstanda beynəlxalq kursda iştirak edib
Azərbaycanın akrobatika gimnastları Polşaya yollanıblar
Çimərlik güləşi üzrə Azərbaycan millisinin dünya seriyası üçün heyəti açıqlanıb