×
A
A
A
Sazlamalar

ASAN könüllüləri və oftalmoloqlardan növbəti sosial aksiya

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də "ASAN Könüllüləri" Təşkilatının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aksiya Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil edilib.
Aksiyanın məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub.
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.

Sosial 2023-03-31 22:16:00