Marneulidə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Tbilisi, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Gürcüstanın Marneuli şəhərində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə Marneulidəki "Azərbaycan Evi"ndə təşkil olunub.
GAİM-in icraçı direktoru Murad Muradov tədbiri açdıqdan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra azərbaycanlıların soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.
Sonra mərkəzin tarix müəlliməsi Nərgiz Nəbiyevanın moderatorluğu ilə tarixi hadisəyə həsr olunan interaktiv müzakirələr aparılıb. Müzakirələrdə ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri terror və soyqırımları ilə bağlı tarixi sənədlərə əsaslanan fikirlər səslənib.
İzmirdə 31 Mart soyqırımının qurbanları yad edilib
Mart soyqırımı ilə əlaqədar Avropa və Niderland parlamentlərinə bəyanat ünvanlanıb
Moldovada keçirilən dəyirmi masada ermənilərin soyqırımı siyasəti pislənilib
Moldova mətbuatında 31 Mart soyqırımı ilə bağlı məqalə dərc edilib