×
A
A
A
Sazlamalar

Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Bakı, 31 mart, AZƏRTAC

Gün ərzində Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində - Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.

Ekologiya 2023-03-31 21:16:00