×
A
A
A
Sazlamalar

Teymur Rəcəbov şahmat oynamaq istədiyi üç tanınmış idmançının adını çəkib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov tanınmış idmançılardan hansı ilə şahmat partiyası keçirmək istədiyi barədə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, qrossmeyster “Çempionat” saytının müxbiri Andrey Şitixinə müsahibəsində bu fikirləri deyib: “Çox ehtimal ki, tennisçilərlə. Uzun illər pərəstişkarı olduğum Rocer Federer ilə, eləcə də Rafael Nadal və Novak Cokoviçlə ola bilər. Bax, bu möhtəşəm üçlüklə.
Eyni zamanda? Niyə də yox? Mən bu dahi idmançılarla təkcə oynamaq deyil, həm də sadəcə ünsiyyət saxlayardım. Onlarla kəlmə kəsmək, şəkil çəkdirmək fürsətim olub. Lakin qarşımda elə vəzifə durmayıb ki, mütləq oturub onlarla söhbət edim. Bu, Londonda “O2-arena”da ATP-nin yekun turnirində olub. Mənə çox maraqlıdır, doğrudanmı Novak Cokoviç şahmatda yaxşı oynayır, yoxsa Boris Bekker ilə şahmat taxtası arxasında oturanda sadəcə imic fotoları çəkdirir?”.

İdman 2023-03-31 20:35:00