Sumqayıt teatrının “Missiya” tamaşası Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş olunub
Sumqayıt, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Dövlət Sərhəd Xidməti Akademiyasında Sumqayıt Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəxsi heyət və qonaqlar xalqımızın milli mücadilə yolunu əks etdirən rəsm əsərlərinə baxış keçiriblər.
Tədbirdə Akademiya rəhbərinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, yazıçı Hafiz Ataxanlı və Xalq artisti Firudin Məhərrəmov istiqlal tariximizin önəmli dövrləri barədə fikirlərini səsləndiriblər.
Sonra Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşasının nümayiş olunub.
Tamaşadan sonra DSX Akademiyasının rəisi, general-mayor Azər İbrahimov çıxış edərək yaradıcı heyətə minnətdarlığını bildirib və layihə iştirakçılarının bir qrupuna fəxri fərman təqdim edib.
Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir
Goranboyda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş futbol turniri təşkil edilib
Qax rayonunda leysan yağışları nəticəsində həyətləri su basıb, bir neçə restoran su altında qalıb
Daşkəsəndə keçirilən əmək yarmarkasında 200 nəfərin müraciəti qeydiyyata alınıb
İsmayıllıda bir neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb