Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar Platforması və Ticarət Sistemi istifadəyə verilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan “Montran” şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar Platforması (CEDAR) və Ticarət Sistemi (BETP) uğurla istifadəyə verilib.
MDM-dan AZƏRTAC-a bildirilib ki, yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən biznes prosesləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulub. Layihə çərçivəsində Milli Depozit Mərkəzi fərdi və korporativ investorların qiymətli kağızlar üzrə depo hesablarını idarə etməyə imkan verən yeni İnvestor Portalı platformasını da istifadəyə verib.
Milli Depozit Mərkəzi tərəfindən istismara verilən Depozitar uçot sistemi, İnvestor portalı və Bakı Fond Birjasının Ticarət sistemi Azərbaycanın kapital bazarı infrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Dövlət xətti ilə 3458 mənzil kirayə verilib
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasına yekun vurulub
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 632 ipoteka krediti verilib