×
A
A
A
Sazlamalar

Dieqo Simeone ən çox məvacib alan məşqçilərin siyahısına başçılıq edir

Bakı, 31 mart, AZƏRTAC

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Fransanın nüfuzlu “Ekip” nəşrinin tərtib etdiyi siyahıya “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone başçılıq edir. Argentinalı mütəxəssis Madrid klubunda ilə 34 milyon avro məvacib alır. Argentinalı mütəxəssis “böyük beşlik” ölkələrində həm də “Frayburq”a rəhbərlik edən Kristian Ştrayxla birgə bir klubda ən uzun müddət işləyən məşqçidir. Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır.
Siyahıda ikinci pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola qərarlaşıb. İspaniyalı mütəxəssis “Mançester Siti”də ilə 22,4 milyon avro məvacib alır. Üçüncü yerdə isə illik qazancı 17,8 milyon avro olan “Liverpul”un baş məşqçisi Yürgen Kloppdur. Dördüncü pillədə də Premyer Liqada işləyən mütəxəssis qərarlaşıb. Söhbət ilə 13,5 milyon avro gəlir əldə edən “Çelsi”nin baş məşqçisi Qrem Potterdən gedir. Beşinci sırada qərarlaşan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin illik maaşı 12,8 milyon avrodur. Bir neçə gün əvvəl “Bavariya” ilə müqavilə imzalayan Tomas Tuxel isə 12 milyon avro ilə altıncı yeri tutur. “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin adı isə yeddinci sırada qeyd olunub. İtaliyalı mütəxəssis ilə 11 milyon avro məvacib alır.

İdman 2023-03-31 15:19:00