×
A
A
A
Sazlamalar

Kanada şirkəti Finlandiya gəmiqayırma zavodunu almaq üçün danışıqlara başlayıb

Bakı, 31 mart, AZƏRTAC
Kanadanın “Davie” gəmiqayırma şirkəti Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkən Finlandiyanın “Helsinki Shipyard Oy” şirkətinin (“HSO”) aktivlərini almaq üçün müstəsna hüququndan istifadə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Chantier Davie Canada Inc.” Finlandiya gəmiqayırma zavodunun alınması üçün danışıqlara başlayıb.
“Davie” Kanadanın ən böyük gəmi istehsalçısıdır. Şirkət buzqıranların, hərbi gəmilərin və bərələrin tikintisi üzrə ixtisaslaşıb. “Milli Gəmiqayırma Strategiyası” dövlət proqramı çərçivəsində şirkət müasir Arktika buzqıran gəmiləri və hibrid bərə donanmasının tikintisi üzrə müqavilələrə malikdir.
Şirkətin Helsinki Gəmiqayırma Zavodu (“Helsinki Shipyard Oy”) ilə bağlı planlarını şərh edən “Davie” şirkətinin baş direktoru Ceyms Davies bildirib ki, əgər bu sövdələşmə uğurlu olarsa, “Arktika gəmiqayırmasında dünyanın aparıcı mükəmməllik mərkəzi”nə çevriləcək.

Dünya 2023-03-31 14:30:00