×
A
A
A
Sazlamalar

Şimali Makedoniya Ukraynaya döyüş helikopterləri göndərəcək

Skopye, 31 mart, AZƏRTAC

Şimali Makedoniya hökuməti Ukraynaya döyüş helikopterlərinin göndərilməsi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Slavyanka Petrovska Ukraynaya sovet istehsalı olan 12 ədəd “Mİ-24” döyüş helikopterinin göndəriləcəyini bildirib. O deyib ki, 1984-cü ildə istehsal olunmuş və 2001-ci ildə Ukraynadan alınmış “Mİ-24” döyüş helikopterlərinin böyük əksəriyyəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən səkkiz ildən çoxdur istismardan çıxarılıb. Həmin helikopterlər Ukraynaya ianə olunacaq.
Xatırladaq ki, Şimali Makedoniya ötən ilin ortalarında sovet dövründən qalan tankları Ukraynaya göndərib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye

Dünya 2023-03-31 14:28:00