×
A
A
A
Sazlamalar

MDU kollektivi Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət edib

Bakı, 31 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət həyata keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən virtual səyahət zamanı universitetin bir qrup əməkdaşı, tələbə və magistrantı kompleks ərazisi ilə tanış olub, erməni vandallarının ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində törətdikləri soyqırımı aktları barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, o dövrün hadisələrini əks etdirən müvafiq sənədlər və fotolar nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.

Regionlar 2023-03-31 13:38:14