×
A
A
A
Sazlamalar

Saxlanılan avtomobildə keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb

Bakı, 31 mart, AZƏRTAC
Avtomobil saxlanılıb, sürücü və sərnişində narkotik vasitə aşkar olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Xəlilovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zaman oradan 300 qram marixuana və metamfetamin aşkar olunub.
Şəxsi axtarış zamanı sərnişini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ceyhun Məmmədovdan isə metamfetamin, heroin, tiryək və 6 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

Hadisə 2023-03-31 12:05:00