×
A
A
A
Sazlamalar

Paytaxtda qaçırılan avtomobil əzilmiş vəziyyətdə tapılıb

Bakı, 31 mart, AZƏRTAC
Bakıda qaçırılan avtomobil Bakı-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 29-da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bakı-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2023-03-31 11:55:00