×
A
A
A
Sazlamalar

Paytaxtda 31 evdən 36 min manatdan çox oğurluq olub

Bakı, 31 mart, AZƏRTAC
Bakıda 31 evdən 36 min manatdan çox oğurluq olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36 min manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Araşdırma aparılır.

Hadisə 2023-03-31 11:40:00