×
A
A
A
Sazlamalar

Yasamalda saxlanılan şəxslərdən 18 kiloqrama yaxın heroin götürülüb VİDEO

Bakı, 30 mart, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amin Kərimli Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun üstünə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədilə əldə etdiyini bildirib.
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2023-03-30 13:04:00

Video