×
A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında Azərbaycandan Özbəkistana 1,7 min nəfər səfər edib

Bakı, 30 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Özbəkistana 1,7 min nəfər səfər edib.
AZƏRTAC Özbəkistan KİV-lərinə istinadla xəbər verir ki, ümumiyyətlə ilin əvvəlindən bu ölkəni turizm məqsədilə 871 min xarici vətəndaş ziyarət edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 544,4 min nəfər və ya 2,7 dəfə artıb.
Qeyd edək ki, bu dövrdə ən çox Tacikistan vətəndaşları (289,2 min nəfər) Özbəkistana səfər ediblər.

 

Turizm 2023-03-30 12:12:45