×
A
A
A
Sazlamalar

Gənc kimyaçı alim beynəlxalq elmi konfransda məruzə edib

Bakı, 29 mart, AZƏRTAC
Almaniyanın Frankfurt şəhərində 7-ci Beynəlxalq Avropa Fənlərarası Elmi Tədqiqatlar Konqresi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, onlayn konqresdə Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının mühəndisi Şəfa Kazımzadə “Kükürd və bor saxlayan birləşmələr sürtkü yağlarına sürtünməyə qarşı aşqar kimi” mövzusunda məruzə edib. Məruzədə transmissiya yağlarının keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün əlavə edilən aşqarlardan danışılıb.

Elm və təhsil 2023-03-29 18:41:00