Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib
Bakı, 29 mart, AZƏRTAC
Tovuz, Göygöl və Qəbələ rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ağacəkmələr zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının, rayon icra hakimiyyətlərinin, Yeni Azərbaycan Partiyasının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə hər rayonun yerli torpaq-iqlim şəraitinə uyğun ümumilikdə, 5 min 350 ədəd Eldar şamı, qoz və göyrüş tingləri əkilib.
İki ay ərzində su hövzələrindən 608 sintetik tor götürülüb
Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir
Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub
Ötən gün havanın temperaturu iqlim normasından 3.4° yuxarı olub